Xolesterin səviyyəsinin nəzarətsiz qalması on minlərlə infarkt və insultla nəticələnir | I…
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Yüksək xolesterin səviyyəsinin vaxtında və düzgün müalicə olunmaması on minlərlə insanın həyatı hesabına başa gəlir.
"Journal of General Internal Medicine" elmi jurnalında dərc olunan yeni tədqiqatın nəticələrinə əsasən, bu problem ürək-damar xəstəliklərindən qaynaqlanan infarkt və insult hallarının ciddi artımına səbəb olur.
Alimlər bildirirlər ki, əgər yüksək xolesterinlə yaşayan və stantinlər (xolesterini salan preparatlar) kimi dərmanlara hüququ olan şəxslər bu müalicəni vaxtında alsaydılar, 39 min ölümün, təxminən 100 min qeyri-ölümcül infarktın və 65 min insult hadisəsinin qarşısı alına bilərdi.
Tədqiqat çərçivəsində 2013–2020-ci illər arasında ABŞ-da aparılan milli səhiyyə sorğularında iştirak etmiş təxminən 5000 yetkin şəxsin ürək-damar riski və xolesterin səviyyəsi təhlil olunub.
Məlum olub ki, heç vaxt infarkt və ya insult keçirməmiş şəxslərin 47 faizi stantinlərə ehtiyac duyur, lakin yalnız 23 faizi bu dərmanları həkim təyinatı ilə alıb.
Daha kritik göstəricilər isə infarkt və ya insult keçirmiş pasiyentlər arasında müşahidə edilib.
Həmin qrupun bütün üzvləri stantinlərlə müalicəyə uyğun hesab edilsə də, yalnız 68 faizi real olaraq belə dərmanlar qəbul edib.
Tam oxu
Xəbəri oxu