Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
Bakının mərkəzində yeni dad məkanı – “Xonça" Chocolate & Patisserie (Şokolad və Şirniyyatçılıq (Patiseriya)) qapılarını müştərilərinin üzünə açıb.
Marja.az xəbər verir ki, bu, “Xonça” brendinin ilk kafe konseptli mağazasıdır.
"Məqsədimiz müştərilərimizə bir-birindən ləzzətli şirniyyatlar təqdim etmək, həmçinin onlar üçün rahat və zövqlü bir məkan yaratmaq idi. İnanıram ki, bu məqsədimizə çatmışıq və “Xonça”da yüksək keyfiyyətli xammallardan hazırlanan premium çeşidlər ilk gündən ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanır",- “Xoncha Bakery”nin Baş icraçı direktoru Rəşad İbrahimov bildirirb.
“Xonça” Chocolate & Patisserie Səbail rayonu, Rəsul Rza küçəsi 11B ünvanında yerləşir.