Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Statistikaya görə, yuxu zamanı yatanların 45 faizi xoruldayır.
Müşahidələr həmin prosesin kişilər arasında daha çox yayıldığını göstərir.
Xoruldamanın səbəbi, onun nədən qaynaqlandığı barədə Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Xoruldama yuxu əsnasında hava axını boğazdan sərbəst keçə bilmədikdə yaranır və yuxuda tənəffüs dayanması xəstəliyinin əlaməti sayılır.
Ağız və burun boşluğundakı hava yolunda daralma nəticəsində qəribə səslər çıxır.
Xoruldama burun tutulmasıyla müşahidə olunan müxtəlif xəstəliklərin əlaməti olmaqla yanaşı, bir çox fiziki qüsurlar nəticəsində əmələ gələ bilər.
Dar, uzun və ya çox ətli damağı olanlar hər zaman xoruldayır.
Boğaz divarlarının darlığı, şişkinliyi, axıntılı olması, xüsusilə də bəlğəmlə tutulması zamanı da xoruldama baş verir.
Boğazın badamcıq və onun arxasındakı boğaz divarlarının arası bəzən çox dar olur.