Xoruz döyüşünə silahlı hücum: 12 ölü

19.04.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Cənubi Amerika ölkəsi Ekvadorda yerləşən Manabi şəhərinin La Valencia bölgəsində xoruz döyüşü keçirilən əraziyə silahlı hücum olub.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, hadisə nəticəsində 12 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Bölgənin polis rəisi Miller Rivera açıqlamasında yaralıların xəstəxanalara yerləşdirildiyini və hadisəni törədənlərin tapılması üçün genişmiqyaslı əməliyyata başlandığını bildirib.

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью