Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncədə polisdən qaçan şəxs üzərindəki narkotik vasitə ola bükümü udub.
Onun mədəsindəki narkotik bükümü xəstəxanada polislərin iştirakı ilə videogörüntü ilə lentə alınaraq çıxarılıb.
Yenisabah.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Aruz Süleymanov narkotik vasitə istifadəçisi olub.
Buna görə uzun müddətdir ailəsi ilə də problemləri yaranıb. Onun xanımı da evi tərk edərək ata evinə gedib.
Polis əməkdaşları Arzu Süleymanovu saxlamaq üçün əməliyyat keçiriblər. Həmin zaman Arzu yaşadıqları məhəllədə xoruz və qaz otarırmış.
O, polis əməkdşlarını görən zaman üzərində olan 4 qram dan çox olan metamfetamin bükümünü udub.
Polis əməkdaşları onu saxlayaraq şəhərdəki Mərkəzi Klinikaya aparıblar. Həkimlər onun mədəsindəki narkotik bükümünü çıxarıblar.