Xorvat mütəxəssis İtaliyanı İngiltərəyə dəyişdi

22.12.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin "Sauthempton" klubunun yeni baş məşqçisi açıqlanıb. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisini İvan Yuriç çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. O, istefaya göndərilən Rassell Martini əvəzləyib.

Qeyd edək ki, Yuriç bunadək "Cenoa", "Verona", "Torino" və son olaraq "Roma"da çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью