525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xorvatiyanın paytaxtı Zaqrebdə göydələnlərin birində dəhşətli yanğın olub.
525.az xəbər verir ki, bu barədə Xorvatiya Radio və Televiziyasının saytı məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürmə qruplarının göydələndə baş verən yanğını söndürməyə çalışırlar. Yanğın zamanı binada heç kimin olmayıb.
Zaqreb Yanğından Mühafizə İdarəsi isə yaydığı açıqlamada yanğının səbəbinin hələlik bilinmədiyini, alovun binanın içərisində aktiv olduğunu və yanğını söndürmək üçün 100-ə yaxın yanğınsöndürənin çalışdığını qeyd edib.
Hadisə yerinə gələn Zaqreb meri Tomislav Tomaseviç göydələndə dağılma təhlükəsinin olmadığını və ətraflı araşdırma aparılacağını söyləyib.
İbrahim Cəfərov