Xorvatiya millisinin baş məşqçisi Azərbaycanla oyun barədə: Xarakter nümayiş etdirdik

16.04.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futzal üzrə Xorvatiya yığmasının baş məşqçisi Marinko Mavroviç UEFA AVRO-2026-nın seçmə mərhələsinin 5-ci qrupunun final, 6-cı turunun Bakıda Azərbaycan yığması üzərində qazandığı qələbəni (4:1) şərh edib.

Sportal.az xəbər verir ki, xorvat mütəxəssis komandasından razılıq bildirib:

“Şadam ki, Azərbaycanla oyunda ciddiyyət nümayiş etdirdik. Çünki AVRO-dakı yerimizi təmin etdiyimiz Yunanıstanla oyundan (6:0) sonra özümüzü motivasiya etmək çətin idi. Amma xarakter nümayiş etdirdik və ona görə də bu qələbə daha çox xoşuma gəldi”.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью