Xorvatiya millisinin sabiq futbolçusu rəsmən “Sabah”da

22.06.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb.

 24 yaşlı futbolçu Xorvatiyanın “Slaven Belupo” klubundan transfer edilib. İvan futbolçu karyerası ərzində Xorvatiyanın “Rieka” (2018-2023), həmçinin icarə əsasında bu ölkənin “Zadar” (2018/19), Almaniyanın “Arminiya” (2022/23) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə “Rieka”dan “Slaven Belupo”ya keçib.

Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan komandada13 nömrəli formada çıxış edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью