Xorvatiya Monteneqroya nota göndərib

09.10.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Podqoritsa, 9 oktyabr, AZƏRTAC

Xorvatiya Monteneqroya diplomatik nota göndərib.

AZƏRTAC xəbər verir ki, Xorvatiya tərəfi Monteneqronun Tivat və Dobrota şəhərlərində ötən əsrin 90-cı illərində ələ keçirilən xorvat icmasına məxsus daşınmaz əmlakların geri qaytarılmasını istəyir. Tivatdan olan 51 ailənin illərdir zəbt edilmiş əmlaka görə heç bir kompensasiya almadığı bildirilir. Dobrota bölgəsində isə həmin illərdə xorvat ailələrinin əmlaklarına həbs qoyulub.

Xorvatiya Monteneqronun əmlakların geri qaytarılması və ədalətli kompensasiyanın təmin edilməsi üçün dərhal addımlar atacağını gözləyir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью