Xorvatiyada avtobus aşıb: 2 ölü, 33 yaralı

08.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Xorvatiyada sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 33 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xorvatiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə noyabrın 8-də yerli vaxtla saat 07:25 radələrində A3 magistral yolunun İvaniç-Qrad şəhəri yaxınlığından keçən hissəsində, Zaqreb istiqamətində baş verib.

Serbiya dövlət qeydiyyat nişanlı avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı avtobusda 33 sərnişin və 2 sürücü olub.

Nazirliyin məlumatına görə, xəsarət alanlardan 6-nın vəziyyəti ağırdır, 27 nəfər isə yüngül xəsarətlər alıb. Yaralılar Zaqrebdəki bir neçə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və tibbi helikopter cəlb olunub.

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç həlak olanların ailələrinə başsağlığı verib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью