Xorvatiyada gəmi qayıqla toqquşub 3 ölü, 4 yaralı

17.06.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xorvatiyanın Split sahillərində Solta və Brac adaları arasında içərisində 118 sərnişin və 7 ekipaj üzvü olan yerli şirkətə məxsus sərnişin gəmisi Fransa bayrağı altında 8 Çexiya vətəndaşının olduğu yelkənli qayıqla toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində yelkənli qayıq batıb, göyərtəsində olan 3 nəfər həyatını itirib.

Qəza nəticəsində xəsarət alan 4 Çexiya vətəndaşının vəziyyəti ağır deyil və onlar Splitdə müalicə olunurlar.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью