Xorvatiyada Heydər Əliyevin xatirəsi yad edilib

11.12.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Xorvatiyadakı səfirliyi Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə tədbir keçirib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Zaqrebdəki səfiri Anar İmanov sosial şəbəkədə bildirib.

“Azərbaycanın Xorvatiyadakı səfirliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə tədbir keçirib”, – diplomat qeyd edib.

Onun sözlərinə görə, iştirakçılara keçmiş prezidentin “inkişaf edən, firavan və həqiqətən müstəqil Azərbaycanın yaradılmasında həlledici rolu barədə məlumat verilib”.

“İstedadlı Azərbaycan musiqiçiləri Fərid Feyzullayev və Jalə Feyzullayevanın tanınmış Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət ifası tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib”, – səfir vurğulayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью