Xorvatiyada sərnişin qatarı yük qatarı ilə toqquşub

10.08.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Xorvatiyada sərnişin qatarı yük qatarı ilə toqquşub.

525.az Xorvatiya mediasına istinadən xəbər verir ki, toqquşma bu səhər Sveti İvan Zabno və Qradets arasındakı dəmir yolu xəttində baş verib.

Toqquşma nəticəsində 19 nəfər xəsarət alıb. Bu barədə Xorvatiyanın səhiyyə naziri Tomo Medved mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, qəzada 6 nəfər ağır yaralanıb, 13 nəfər isə yüngül xəsarət alıb. Medved qəzanın səbəbinin araşdırıldığını əlavə edib.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью