Xorvatiyalı futbolçu dənizdə boğuldu

05.02.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Xorvatiyalı futbolçu Yakov Jelkiçin cəsədi tapılıb. Sport24.az "Daily Mail"-ə istinadən xəbər verir ki, onun cəsədi İspaniyanın Alikante şəhərində tapılıb.

Polisin gözdən keçirdiyi videolarda İsveçrənin 3-cü divizion klubu "Qranj Pakkot"un 24 yaşlı sabiq oyunçusunun Aralıq dənizi limanı yaxınlığında gecə klubundan içkili halda çıxdığı məlum olub. 

Cəsədin analizi zamanı mərhum futbolçunun ağciyərlərində dəniz suyu aşkarlanıb və onun boğularaq öldüyü bildirilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью