Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.
“İnter” klubu Zaqreb “Dinamo”sundan 21 yaşlı xorvatiyalı yarımmüdafiəçi Petar Susiçi transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, transferin məbləği 14 milyon avro, əlavə 2,5 milyon avro bonuslar və gələcək satışdan pay daxildir.
Susiç bu mövsüm “Dinamo”da 17 oyunda 3 qol və 2 assistlə yadda qalıb. O, mövsümün sonuna qədər “Dinamo”da qalacaq və yayda “İnter”ə qoşulacaq.