Xorvatiyanın Baş naziri COP29da iştirak etmək üçün Azərbaycana gəlib

12.11.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Noyabrın 12-də Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib.

APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiyanın Baş nazirini Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью