Xorvatiyanın Monteneqronun AB üzvlük prosesinə mane ola biləcəyi iddiaları

16.09.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Brüsseldə yerləşən Euractiv veb saytı, Xorvatiya hökumətinin AB üzvlük danışıqlarının sonuna yaxınlaşan Monteneqronun AB üzvlüyünə mane ola biləcəyini iddia edib.

Euractiv veb saytı, AB üzvlük prosesində əhəmiyyətli irəliləyiş əldə edən Monteneqronun bu ilin sonuna qədər üzvlük danışıqları fəsillərini bağlamağı və 2028-ci ildə AB üzvü olmağı hədəflədiyini bildirib. Xorvatiyanın iyul ayından bəri nəqliyyat sektoru ilə bağlı fəslin bağlanmasına etiraz etdiyi və Zaqreb hökumətinin 1990-cı illərdə bölgədə müharibədən sonra yaranan bəzi ikitərəfli problemləri həll etmək üçün təzyiq göstərdiyi bildirilib.

Monteneqronun Avropa işləri üzrə naziri Maida Qorçeviç Euractiv-ə söyləyib ki, Xorvatiyanın onların AB üzvlük prosesinə mane olacağına inanmırlar. Xorvatiya hökuməti həmçinin Monteneqro Parlamentinin sədri Andriya Mandiçin Srebrenitsa Soyqırımının əsas günahkarlarından biri olan Ratko Mladiç üçün başsağlığı mesajına da reaksiya verib.

Brüsseldə çıxış edən Xorvatiyalı Avropa Parlamentinin üzvü Suncana Glavak, Monteneqroya işarə edərək, Aİ-nin genişlənməsinin yalnız fəsillərin bağlanması deyil, həm də demokratik dəyərlərə sadiqlik olduğunu söyləyib.

Qorçeviç, Mandiçin Srebrenitsa Soyqırımı, insanlığa qarşı cinayətlər və müharibə cinayətlərinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Mladiç üçün başsağlığı mesajını tənqid edərək, bunun Monteneqronun mövqeyini qətiyyən əks etdirmədiyini bildirib.

M.MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью