Xoşbəxtdir: Pis noyabr bitdiyi üçün

04.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, La Liqanın 19-cu turunda "Malyorka" üzərində böyük hesablı qələbədən (5:1) sonra fikirlərini bildirən almaniyalı mütəxəssis xal itkilərinə yol verdikləri noyabr ayının bitməsinə sevindiyini bildirib:

“Qol vurmaq bizim üçün çox vacibdir. Son oyunda çoxlu imkanlar yaratdıq, lakin onları əldən verdik. Bu dəfə 5 qol vurduğumuz üçün şadam. Mən artıq xoşbəxtəm, çünki bu pis noyabr, nəhayət bitdi və dekabr başladı”.

Qeyd edək ki, "Barselona" noyabrda bütün turnirlərdə 6 oyun keçirib, 3 qələbə qazanıb, 2 məğlubiyyət alıb və 1 dəfə heç-heçə edib.

Heybət

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью