Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Uzun müddət düşünürdüm ki, səhnəyə qayıtmaq lazımdır. Amma içimdə qorxular var idi. Düşünürdüm ki, nə, necə klip və hansı mahnı olmalıdır? Bu dönüş möhtəşəm olmalı idi. Fikirləşirdim və illər keçirdi, mən qərar verə bilmirdim. Araşla danışırdım, məni çox ruhlandırdı. Düşünüdüm ki, vaxtı gəlib".
Bu sözləri Axşam.az-a açıqlamasında "Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə deyib. Müğənni uzun fasilədən sonra səhnəyə qayıtmasından və verdiyi qərarlardan danışıb:
"Dostum Feliks (Jurnalist - red.) dedi ki, "DreamFest"ə qatılmaq istəmirsən? Əvvəl tərəddüd etdim. Sonra dedim ki, gedəcəyəm. Yaxşı ki, elə festivaldan başladım. Partlayış olmasını istəyidim, oldu da. Sonuncu dəfə səhnəyə 12 il əvvəl çıxmışdım. Həyəcan var idi. Səhnəni və insanları görəndə elə hiss etdim ki, sanki heç getməmişdim. Bədən hər şeyi yada saldı və rahat idim.
Xoşbəxtəm ki, belə alındı. Yeni mahnılar olacaq. Çox ara verdim, amma olacaq. İstəyirəm ki, davamlı işləyim. Qısa zamanda çox mahnı təqdim etmək istəyirəm".