Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Liqasının Liqa mərhələsinin "Olimpiakos" - “Qarabağ” matçından (3:0) sonra meydan sahiblərinin baş məşqçisi Xose Luis Mendilibarın mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Həm 3:0 hesablı qələbə, həm də 1/8 finala birbaşa vəsiqə qazanıldı. Nə düşünürsüz?
- O qədər ardıcıl matçlar keçirmişik ki, bu, bizim üçün çox yaxşıdır. Nə deyəcəyimi bilmirəm.
Qalan matçlarımız var və hələ qarşıda bizi çox oyun gözləyir. - Əgər qələbəyə görə tortunuz olsaydı, nə arzu edərdiniz?
- Olduğumuz kimi davam etməyi. - Komandanız son vaxtlar üç gündən bir oynayır. Amma həmişə meydana eyni enerji ilə çıxır.
Bunun səbəbi nədir? - Bu, komandaya və futbolçulara görədir. Yaxşı futbolçularımız var və biz daim oyunçuları dəyişirik.