Xosep Qvardiola 4 futbolçunun transferə çıxarılmasını istəyib | Icma.az
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin “Mançester Siti” komandası 4 futbolçu ilə yollarını ayıracaq.
Xalqcebhesi.az xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər”in ispaniyalı baş məşqçisi Xosep Qvardiola son oyunlarda qeydə alınan uğursuz nəticələr fonunda hücumçu Cek Qriliş, yarımmüdafiəçilər Mateus Nunyes və Ceyms Makeyti, həmçinin sağ cinah müdafiəçisi Kayl Uokeri sərəncamında görmək istəmir.
Mütəxəssis rəhbərlikdən adıçəkilən oyunçuların satılmasını istəyib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 14 oyundan sonra 26 xal toplayan “Mançester Siti” 4-cü pillədə qərarlaşıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu