Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişidə atası ilə bağlı etiraf səsləndirib.
Publika.az xəbər verir ki, o, övladı ilə bağlı şərt qoyulduğunu bildirib:
“Atam qarşımda şərt qoydu. Dedi ki, uşağı verəcəksən atasına. Dedim ki, mən sənin üçün doğmayam. Mənim üçün həyacan keçirirsən və xoşbəxtliym üçün çalışırsan. Bəs sabah övladım mənə deməyəcək ki, niyə məni seçmədin və xoşbəxtliyimi istəmədin? Bu sözlərimdən sonra atam ağlayıb məni qucaqladı, dedi ki, qızım, düz deyirsən, övladından vaz keçmə”.
Xatırladaq ki, Xoşqədəmin oğlu Zaur Qocayev 1999-cu ildə dünyaya gəlib.