Xoşqədəm formada qalma sirrini bölüşdü Video

23.07.2026

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Aparıcı Xoşqədəm Hidayətqızı gündəlik rejimi və sağlam həyat tərzi ilə bağlı danışıb.

Axşam.az xəbər verir ki, aparıcı gününün səhər saat 6-da başladığını bildirib:

"Evdə olanda heyvanlarımla və bağçamda yarım saat vaxt keçirirəm. Bir stəkan su içəndən sonra idmana gedirəm. Əvvəllər səhər yeməyi yemirdim. Amma səhhətimdə yaşadığım problemə görə indi məcbur az da olsa yeyirəm ki, boş mədəyə dərman qəbul etməyim".

X.Hidayətqızı sağlam qalmaq üçün bəzi qaydalara əməl etdiyini də vurğulayıb:

"Vaxtında yatın, gecə saat 11-dən gec olmayaraq yuxuya gedin. Bol su için. Şəkərdən uzağam. Çörəyi çox sevirəm, xüsusilə isti olanda hərdən yeyirəm. Hətta özüm də bişirirəm".

Aparıcı gününü tez bitirdiyini deyərək "Günüm saat 11-in yarısı bitir. Harada olsam da, evə tez gəlir və yatıram" sözlərini əlavə edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью