Xoşqədəm mərhum anası ilə görüntülərini paylaşdı VİDEO

24.04.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı izləyicilərini kədərləndirib.

“Cebheinfo.az" xəbər verir ki, sosial şəbəkə hesabından paylaşım edən aparıcı bu yaxınlarda vəfat edən anası ilə olan xoş anları belə yad edib:

“Nə yaxşı ki, bu görüntülər var. Çəkilişə getmədiyim günlərdə ailəmlə zaman keçirirdim və həmin gün anamla, atamın əylənməsi üçün əlimdən gələni edirdim. Yeməyi də özüm hazırlayırdım. Anam isə məni danlayardı: “A bala, yorğunsan, sən iş görmə,” – deyərdi.

İndi o gözəl günlərdən qalan görüntülərlə sakitləşməyə çalışıram.

Sevdiklərinizə zaman ayırın – zaman onları sizdən ayırmadan öncə...”.

“Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью