Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı verdiyi son açıqlamalara görə tənqid hədəfinə çevrilib.
KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, O, qız anaları tərəfindən əsassız yerə qınanıldığını dilə gətirib.
Aparıcı qalmaqal yaradan açıqlamasına belə aydınlıq gətirib: “Demişəm ki, mənim 3 oğlum var, qız övladım yoxdur. Mənə gəlinlərim baxmalıdır.
Səhv demişəm? Mən əziyyət çəkmişəm, saçımı ağartmışam. Ömrümü yollarda keçirib onlara təhsil vermişəm, oxutmuşam, böyütmüşəm.
Bütün qız anaları yazıb ki, ayıb olsun sənə, səndən heç gözləməzdik. Mənim əlim tutursa, cavan vaxtımda gəlin kimdi mənə kömək etsin?
Mən heç qoyuram ki, xidmətçi süfrəmi yığışdırsın? Hər zaman özüm edirəm.
Mən bunu o mənada deyirəm ki, qocalıb xəstə olsam gəlin orada belə dayanacaq? Necə olmalıdır? Mənə xidmət etməlidir.