Xoşqədəmdən övladlarına qadağa

24.04.2025

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aparıcı Xoşqədəm Hidayətqızı əkizləri Arda və Arına qoyduğu qadağadan danışıb. 

Axşam.az xəbər verir ki, aparıcı verilişində onların telefon işlətməsinə icazə vermədiyini deyib. O bildirib ki, oğullarının 9 yaşı var, amma onlara telefon almayıb:

"Sosial şəbəkə valideynləri çarəsiz hala qoyub. Telefon, planşet olmaz. Oğullarım telefon nədir bilmir. Onların 8 yaşı var, mayda 9 olacaq. Uzaqlaşdırmaq çətindir, amma ən azından nəzarət edin. Övladlarımızı valideynlə üz-üzə qoyan sosial şəbəkədir".

Qeyd edək ki, X.Hidayətqızı türkiyəli müğənni Doğuşla ailəlidir. Aparıcının Zaur adlı daha bir övladı var. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью