Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aparıcı Xoşqədəm Hidayətqızı özünə yeni məşğuliyyət tapıb.
Axşam.az xəbər verir ki, aparıcı xizək sürməyi öyrənib. O, bununla əsəblərinin sakitləşdiyini açıqlayıb:
"Özümə yeni macəralar tapmışam. Nə yaxşı ki, tapmışam, mükəmməldir. İnan mənə, bütün əsəblərim sakitləşib. Həmişə yaxşı nə varsa, dostlarıma tövsiyə edirəm: tenis, səhər saat 6-da oyanmaq… Amma heç biri demirdi ki, gəl bunu öyrən. Olsun, uşaqlarımın sayəsində sevdim. Dostlarım deməsin. Uşaqlarım ki, dedi. Ailə hər şeydən önəmlidir".
Qeyd edək ki, müğənni Doğuşla ailəli olan aparıcının Arda və Arın adlı əkizləri var.