Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş TikTok-da açdıqları canlı yayım zamanı izləyicilərin suallarını cavablandırıblar.
Axşam.az xəbər verir ki, cütlüyə izləyicilərdən biri “Niyə birlikdə yaşamırsınız” sualını ünvanlayıb.
Suala cavab verən Doğuş iş qrafikinin buna səbəb olduğunu bildirib:
“Konsertlərim, işlərim var. Səhərə qədər də studiyada oluram. Bu işlər rahat deyil”.
Xoşqədəm isə həyat yoldaşının sözlərinə dəstək verərək “Adamın konsertləri var” deyə reaksiya verib.