XPeng humanoid robotların seriya istehsalına 2026 cı ilin sonunda başlayacaq

08.09.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çinin texnologiya şirkəti "XPeng" "IRON humanoid" robotlarının seriya istehsalına 2026-cı ilin sonunda başlamağı planlaşdırır. Robotun ilkin modeli artıq avtomatlaşdırılmış yığım prosesindən keçərək konveyerdən çıxıb.

Bu barədə şirkət yaydığı press-relizdə məlumat verib.

"XPeng" yüksək səviyyəli, ümumi təyinatlı humanoid robotların istehsalı üçün dünyada ilk avtomatlaşdırılmış istehsal xəttini işə saldığını açıqlayıb. Xəttin avtomatlaşdırma səviyyəsi 80 faizdən çoxdur.

Şirkət robotların seriya istehsalına 2026-cı ilin sonunadək keçməyi, onların bazara tədarükünə isə 2027-ci ildə başlamağı planlaşdırır. /"Report" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью