Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illər Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində ənənəyə çevrilən bir çox hərəkətlər var ki, həmin davranışların tarixinin hardan gəldiyi bir çox hallarda qeyri-müəyyənlik təşkil edir.
Məsələn, son 40-50 ildə ölkəmizdə qərb mədəniyyətinin bir hissəsi olaraq tortun üstünə şam qoyub arzu tutub, dua edib üfürərək söndürmək ənənəyə çevrilib.
Bu davranışın mənbəyi ilə bağlı bir sıra versiyalar irəli sürülsə də ən uyğun gələn variant yenə də xristian dininin ainləri ilə bənzərlik təşkil etməsidir.
Belə ki, mütəxəssislərin araşdırmalarına əsasən, qədim Bizansda kilsədə dua edən insanlar hər dəfə xaç önündə şam yandırır, arzusunu və duasını başa vurduqdan sonra bu şamı bir çox hallarda əllə, bəzən isə üfürərək söndürürdülər.
belə bir hal başqa mədəniyyətlərin tarixində qeyd edilmədiyi üçün bu hadisənin məhz xristianlıqdan ənənə kimi yayıldığı mülahizələri irəli sürülür.
Digər tərəfdən bu gün dünyanın hər yerində baş verən ağır nəqliyyat qəzalarında, eləcə də vacib şəxslərin, şəhidlərin ölümü ilə bağlı təşkil edilən matəm günləri, anım mərasimlərində “bir dəqiqəlik sükut” məqamının hansı mədəniyyətdən, hansı tarixdən gəlməsi də sual doğuran məsələlərdəndir.
Belə ki, bu yaxınlarda, ötən ilin dekabr ayının 26-sı Aktaudakı təyyarə qəzasında ölənləri anma ilə bağlı ölkə ərazisində saat 12:00-da ənənənin adından göründüyü kimi, bir dəqiqəlik sükut anı yaşandı.