XRİTDX: AzStateNet şəbəkəsi və zonası domenlərində problem qeydə alınmayıb

18.11.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Cloudflare” antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətində yaranmış dayanmanın AzStateNet şəbəkəsinə və GOV.AZ zonası domenlərinə hər hansı təsiri qeydə alınmayıb.

Bu barədə “APA-Economics”ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Qeyd edilib ki, təhlükəsizliyi XRİTDX tərəfindən təmin olunan dövlət informasiya ehtiyatları və AzstateNet şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək 24/7 monitorinq olunur.

“Cloudflare” kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью