XRİTDX: Xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb

25.11.2024

Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Üçüncü rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 828 kiberhücum indikatoru müəyyən edilib.
XRİTDX-dən "Operativ Media"ya verilən məlumata görə, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb.
Bu kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью