Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti bura
Oxu.Az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı Milli Məclisin deputatı Tural Gəncəliyev olub.
O, XII Qlobal Bakı Forumunun əhəmiyyəti, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşması və sonrakı proseslər, Avropa Parlamentinin Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin azad edilməsi haqqında qətnamə layihəsi, avropalı deputatların "separatçı ermənilərə sevgisi", BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyanla bağlı Yekun Rəyindən söz açıb.
Onun sözlərinə görə, Azərbaycan Qərblə Şərqi birləşdirən bağdır: "Dünyanın ziddiyyətli qütbləri Bakıda birləşərək dialoqa yol axtarır.
Avropa Parlamenti Azərbaycanı ləkələmək siyasətini davam etdirir. BMT-nin İnsan Haqları üzrə Ali Orqanını bəzi qüvvələr manipulyasiya edir.
Beynəlxalq hüquq sistemi lazımi səviyyədə işləmir. Niyə azərbaycanlıların hüquqlarından danışmırlar?
Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz".
Deputat Ermənistan baş naziri Nikol Paşinyanın Sülh sazişi imzalandıqdan sonra Azərbaycan-Ermənistan sərhədində üçüncü tərəf qüvvələri yerləşdirilməyəcəyi fikrinə də münasibət bildirib: "Ermənistan bundan sonra iki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazır olmalıdır, Təəssüf ki, Ermənistan sülhə hazır deyil.