Xronika: Günvurma və yatalaq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib | Icma.az
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Baku TV-də "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun hazırladığı "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı yayımlanıb.
BAKU.WS xəbər verir ki, veriliş 3-cü nəsil Qərbi azərbaycanlı İlkin Təhməzovun həyat hekayəsinə həsr olunub.
Təhməzov Dərələyəz mahalının Cul kəndindən olduğunu, 1985-ci ildə Yevlaxda doğulduğunu bildirib.
O, kəndinin qədim tarixindən və 1918-1920-ci illərdə ermənilərin törətdiyi qırğınlardan bəhs edib.
1949-cu ildə isə əhalisinin minə yaxın hissəsi köçürülüb və köç zamanı bir çox insan həyatını itirib.
İlkin Təhməzov, Qərbi Azərbaycana geri qayıdacaqlarını və doğma yurdlarını bərpa edəcəklərini qeyd edib.
Bu həyat hekayəsi, deportasiya olunan azərbaycanlıların acı qaçqınlıq taleyini və doğma yurda qayıtmaq arzusunu əks etdirir.
Tam oxu
Xəbəri oxu