“Xroniki stress eşitmə qabiliyyətini zəiflədir” Araşdırma | Icma.az
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Negev Ben-Qurion Universitetinin (İsrail) alimləri müəyyən ediblər ki, daimi stress bütövlükdə eşitmə funksiyasına təsir etmədən orta həcmli (50-70 desibel) səslərin qəbulunu pisləşdirir.
Yeniavaz.com xəbər verir ki, araşdırmanın nəticələri “PLoS Biology” jurnalında dərc olunub.
Təcrübə hər iki cinsdən olan 73 yetkin siçan üzərində aparılıb.
Heyvanlar hərəkətliliyini məhdudlaşdıraraq stressə məruz qalıb, daha sonra eşitmə qabığındakı neyronların fəaliyyəti araşdırılıb.
Tədqiqatın mühüm mərhələsi stressli stimullarla əlaqəli olmayan neytral fon kimi xidmət edən ağ səs-küyün istifadəsi idi.
Daha sonra müxtəlif həcmli səs siqnalları əlavə edildi və alimlər iki fotonlu kalsium görüntüləmə üsulu ilə eşitmə qabığındakı sinir hüceyrələrinin reaksiyasını qeydə aldılar.
Alimlər iki əsas proteini ifadə edən neyronların fəaliyyətindəki dəyişikliklərə xüsusi diqqət yetiriblər: parvalbümin və somatostatin.
Tam oxu
Xəbəri oxu