Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Alimlərin apardıqları araşdırmada xroniki tənhalıq yaşayan 65 yaşdan yuxarı şəxslərdə demensiya (yaddaş və idrak qabiliyyətlərinin zəifləməsi) riskinin yüksək olduğunu müəyyən edilib.
“Cebheinfo.az” xəbər verir ki, Fransanın Bordo Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 1988–2018-ci illər ərzində 65 yaşdan yuxarı 3 777 nəfər iştirak edib.
İştirakçılar “heç vaxt tənhalıq hiss etməyənlər”, “bəzən tənhalıq yaşayanlar” və “xroniki tənhalıq yaşayanlar” olmaqla üç qrupa bölünüblər.
Araşdırmada xroniki tənhalıq yaşayanların 49 faizində demensiya inkişaf edib. Bu göstərici bəzən tənhalıq yaşayanlarda 34 faiz, heç vaxt tənhalıq hiss etməyənlərdə isə 33 faiz olub.
Statistik təhlillər göstərib ki, xroniki tənhalıq heç vaxt tənhalıq hiss etməyənlərlə müqayisədə demensiya riskini 38 faiz artırır. Ara-sıra yaşanan tənhalığın isə bu riskə əhəmiyyətli təsiri müəyyən edilməyib.
Peres xroniki tənhalığın uzunmüddətli stressə səbəb olduğunu, immun sisteminə mənfi təsir göstərərək iltihabi prosesləri tətiklədiyini qeyd edib.
O, tənhalığın həmçinin fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma ilə əlaqəli olduğuna diqqət çəkib.
Bunların isə demensiya üçün risk amilləri hesab olunan ürək-damar xəstəlikləri və diabetin yaranmasına səbəb ola biləcəyini bildirib.
Araşdırmanın aparıcı müəllifi, Bordo Universitetinin tədqiqatçısı Yvanna Simon isə bildirib ki, səhiyyə işçiləri, sosial xidmət əməkdaşları və siyasətçilər sosial risk göstəricisi kimi yalnız insanların kiminlə yaşadığına diqqət yetirməməli, onların sosial əlaqələr qurmaq imkanlarını və tənhalıqla bağlı şəxsi hisslərini də nəzərə almalıdırlar.
Araşdırmanın nəticələri “Aging & Mental Health” jurnalında dərc olunub.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin