Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Nina Xruşşova Rusiyanın dağılacağını deyib və xüsusi hərbi əməliyyata qarşı çıxıb..." Rusiya Federasiyasının Baş Prokurorluğu Sov.İKP MK-nın sabiq baş katibi Nikita Xruşşovun nəvəsi Nina Xruşşova ilə bağlı yoxlamaya başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "ukr.net" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, "Xalqın Səsi" cəmiyyətindən olan Z-vətənpərvərlər Xruşşovun nəvəsindən donos verib.
Bundan sonra Rusiya Baş Prokurorluğu "döyüşə atılıb". Fəallar hüquq-mühafizə orqanlarına məlumat verib ki, Nina Xruşşova "Rusiyanın dağılaca
"Shot" kanalı məlumat verib ki, Nina Xruşşova Rusiya Federasiyasına qarşı casusluqda şübhəli bilinib.
Həmçinin məlumat verilib ki, Xruşşova son 33 ildə ABŞ-da yaşayır, onun ulu babası isə Krımı RSFSR-in tərkibindən ayıraraq Ukraynaya verib.
"Xalqın Səsi" ictimai təşkilatı Rusiyada altı ildir fəaliyyət göstərir, onun fəaliyyətinin əsas istiqamətlərindən biri də donosbazlıqdır.