XTQ komandanına da general rütbəsi verildi

07.11.2024

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı Ələkbər Cahangirova general-mayor ali hərbi rütbəsi verilib.

Manset.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirovun rütbəsi artırılaraq general-mayor olub.

Qeyd edək ki, Ələkbər Cahangirov Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Komandanıdır. O, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью