Xuan Laporta onunla müqaviləni uzatmaq istəyir

28.06.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Frenki de Yonqla müqavilənin mümkün uzadılmasına münasibət bildirib.

Oxu.Az-ın İspaniya mediasına istinadən verdiyi xəbərə görə, Laporta yeni müqavilə barədə yaxın günlərdə rəsmi məlumatın açıqlanacağını deyib:

"Biz Frenkinin uzun illər bizimlə olmasını istəyirik, çünki o, komandamızın əsas oyunçusudur. Onun müqaviləsinin uzadılması prosesi gedir, xəbərlər tezliklə gələcək".

Xatırladaq ki, 28 yaşlı yarımmüdafiəçi 2019-cu ildən Kataloniya klubunda çıxış edir. Ötən mövsüm de Yonq bütün turnirlərdə 46 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırki müqaviləsi 2026-cı ilin iyununun sonuna kimidir.

"Transfermarkt" Yonqun dəyərini 45 milyon avro qiymətləndirir.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью