Xuan Laporta: Planetin və insanların rifahına sadiq qaldığınız üçün minnətdaram | Icma.az
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıya gələn İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycanda gübrələrin və bitkilərin mühafizə vasitələrinin ilk yerli istehsalçısı olan "AZCHEMCO" şirkətinin pavilyonun ziyarət edib.
"Report" xəbər verir ki, nümayəndə heyətinə "AZCHEMCO" şirkətinin Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində şoranlaşmış və quru torpaq növlərinin bərpası, habelə kənd təsərrüfatında içməli sudan istifadənin minimallaşdırılması layihələri və həlləri izah edən video təqdim edilib.
Şirkət nümayəndələri layihə üzrə əldə olunan uğurları nümayiş etdiriblər.
"Barselona" klubunun prezidenti bərpa olunmuş torpağa çiyələk əkib.
"AZCHEMCO" şirkəti tərəfindən, qonağa "Azərxalça"da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunub.
Bizim WhatsApp kanalımıza abunə olun Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu