Xudatda avtomobil körpüdən aşıb, xəsarət alan var

14.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Xudat şəhərində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, qəza Xudat şəhərində dəmir yolu üzərindəki körpüdə qeydə alınıb. "Mercedes" markalı avtomobil körpüdən aşıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəzaya səbəb kimi körpünün üzərindəki yolun buzlu olması göstərilir.

Faktla bağlı araşdırma gedir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью