Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Xaçmaz rayonunun Xudat şəhərində avtomobil qəfildən yanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Hyundai Accent” markalı avtomaşın hərəkətdə olarkən qəfil yanmağa başlayıb.
FHN-nin Xudat Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə çatanacan avtomaşının ön hissəsi tam yanıb.
Alovun yaranma səbəbi araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.