Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
“TRIPP və ya “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsində heç bir risk görmürük”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.
O əlavə edib ki, bu risklər mövcud olsa belə, onları idarə etmək mümkün olacaq, hazırda isə heç bir risk yoxdur.
Nazir xatırladıb ki, TRIPP-lə əlaqədar ABŞ-nin 74, Ermənistanın isə 26 faiz paya sahib olduğu şirkət yaradılıb.
“Tikinti işlərini bu şirkət həyata keçirəcək”, - Xudatyan qeyd edib.