Xudatyandan Naxçıvan açıqlaması: Bunu Rusiya edəcək

03.02.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin bərpa edilməsi üçün dəmir yolunun tikintisi məsələsində Rusiya tərəfi ilə müzakirələrimiz davam edir”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Nəqliyyat və Kommunikasiya naziri Davit Xudatyan deyib.

O, dəmir yolunun tikintisinin Rusiya tərəfi ilə birlikdə həyata keçiriləcəyini söyləyib:

“Baş nazir Nikol Paşinyanın məsələ ilə bağlı açıqlamasından sonra bu istiqamətdə müvafiq işləri davam etdiririk. Hazırda yeniliklər, yaxud dəyişikliklər yoxdur, lakin bu, olmayacağı mənasına gəlmir. Məsələ ilə bağlı yekun qərar veriləcək”.

Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Azərbaycanın qərb rayonlarını Naxçıvanla, o cümlədən ErmənistanTürkiyə ilə birləşdirəcək dəmir yolunun İcevan, Yerasx və Axurik hissələrinin bərpasının vacibliyini vurğulamışdı. O, dəmir yolunun bərpasının Rusiyanın iştirakı ilə həyata keçirilməli olduğunu, lakin bunu Ermənistanın da hesabına edə biləcəyini söyləyib. 

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью