futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Futbolpress.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də keçiriləcək Norveç – Estoniya görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Oslo şəhərində yerləşən “Ullevaal” stadionunda baş tutacaq.