Xulen Lopeteqi Belçika yığmasını çalışdıra bilər

19.01.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin "Vest Hem" klubunun keçmiş baş məşqçisi Xulen Lopeteqi Belçika yığmasını çalışdıra bilər.

"Report" xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri sosial şəbəkədə məlumat paylaşıb.

O, iki gün öncə Belçika millisindən ayrılan Domeniko Tedeskonu əvəzləyə bilər.

Qeyd edək ki, X.Lopeteqi İngiltərə klubunda 2024-cü ilin iyulundan 2025-ci ilin yanvarına qədər çalışıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью