Xulian Alvares “Atletiko”da qalacağını açıqladı

01.10.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Atletiko”nun argentinalı hücumçusu Xulian Alvares “Barselona” ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.

QOL.az xəbər verir ki, forvard ESPN-ə açıqlamasında belə deyib:

“Hazırda diqqətim yalnız ‘Atletiko’dadır. Burada oynamağa və özümü inkişaf etdirməyə davam etmək istəyirəm. Mətbuatda yayılan söz-söhbətlər mənim üçün maraqlı deyil”.

Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin avqust ayından etibarən “Atletiko”da çıxış edir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью