Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın “Atletiko” futbol komandasının hücumçusu Xulian Alvares zədələnib.
İdman.Biz xəbər verir ki, 26 yaşlı argentinalı şənbə günü keçirilən məşqin sonlarına yaxın narahatlıq hiss edib və məşqi vaxtından əvvəl dayandırıb.
Müayinədən sonra futbolçuda əzələ dartılması aşkarlanıb. Alvares yaxın zamanda əlavə tibbi müayinədən keçəcək və bundan sonra zədənin dərəcəsi, eləcə də bərpa müddəti müəyyənləşəcək.
Zədə səbəbindən hücumçu bu gün, 13 sentyabrda keçiriləcək La Liqanın beşinci turunun “Real Sosyedad”la oyununda iştirak etməyəcək.
Qeyd edək ki, “Atletiko” əvvəlki turda “Atletik”ə 0:3 hesabı ilə məğlub olub. Madrid təmsilçisi növbəti matçını 16 sentyabrda “Osasuna”ya qarşı keçirəcək.