Xulian Alvares heç kimə aman vermədi

31.05.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Atletiko"da 2024/25 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xulian Alvares bütün komanda yoldaşlarını qabaqlayaraq mövsümün ən yaxşısı seçilib. O, "Atletiko" ilə debüt mövsümündə 37 La Liqa matçında 17 qol vurub və 4 məhsuldar ötürmə edib. 25 yaşlı hücumçu bütün yarışlarda 54 oyuna çıxıb, 29 qol vurub və 7 məhsuldar ötürmə verib.

Alvares ötən yay 75 milyon avroya "Mançester Siti"dən "Atletiko"ya keçib.

Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2030-cü ilə qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью